“Kral, səni biz qoruyuruq” - Tramp Salmanı təhdid etdi

“Kral, səni biz qoruyuruq” - Tramp Salmanı təhdid etdi
  03 Oktyabr 2018    Oxunub:2997
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun yaxın şərqdəki əsas müttəfiqlərindən olan Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləzizi təhdid edərək, Amerikanın hərbi dəstəyi olmazsa, iki həftədə hakimiyyətini itirə biləcəyini və bunun baş verməməsi üçün ABŞ-ın yardımının əvəzini ödəməli olduğunu bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Tramp noyabrda Konqressə keçiriləcək aralıq seçkilərlə bağlı Missisipi ştatında Respublikaçılar partiyasının təşviqat kampaniyasındakı çıxışı zamanı deyib.

“Kral Salmandan xoşum gəlir, amma ona dedim ki, “bax kral, biz səni qoruyuruq. Amma biz olmasaq, iki həftə hakimiyyətdə qala bilməzsən. Öz ordunun pulunu özün ödəməlisən, ödəməyə məcbursan”, – deyə Tramp vurğulayıb.

Lakin ABŞ prezidenti kral Salman ilə nə zaman bu cür söhbət apardığını deməyib. Onlar arasındakı ən son əlaqə 29 sentybarda telefon danışığı zamanı baş tutub.

Trampın bu sözləri, Səudiyyənin neft hasilatını artırması üçün xəbərdarlıq kimi qiymətləndirilib.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Səudiyyə   ABŞ  





Xəbər lenti