"Qarabağ" - "Arsenal" oyunu: 55 min bilet satılıb

"Qarabağ" - "Arsenal" oyunu: 55 min bilet satılıb
  03 Oktyabr 2018    Oxunub:4546
Sabah Avropa Liqasında “Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına satılan bilet sayı açıqlanıb.
AzVision.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, indiyədək 55 min bilet satılıb. Hazırda bilet satışı davam edir.

Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), iTicket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.

AzVision.az


Teqlər: Qarabağ   Arsenal   Avroliqa  





Xəbər lenti