11 talibançı edam ediləcək

11 talibançı edam ediləcək
  28 Sentyabr 2018    Oxunub:3993
Pakistanın ordu generalı Qəmər Cavid Bajva “Taliban” silahlı hərəkatının 11 üzvünün edam olunmasına dair hərbi məhkəmənin çıxardığı qərarı təsdiq edib.
AzVision.az “Associated Press”ə istinadən xəbər verir ki, Pakistan hərbi məhkəməsi son illərdə etdikləri hücumlar nəticəsində 20-si pakistanlı əsgər omaqla 69 nəfərin ölümünə səbəb olduqlarına görə talibançılara ölüm hökmü verib.

Lakin məhkəmənin qərarını təsdiqləyən general Cavid Bajva terrorçular üzərində ölüm hökmünün nə zaman icra ediləcəyini açıqlamayıb.

Qeyd edək ki, pakistan hərbi məhkəmələrində işlərə baxılması qapalı formada keçirilir və iclaslardakı müzakirələr ictimaiyyətə açıqlanmır. Bununla belə, dövlət müttəhimlərə öz seçimlərinə uyğun olaraq vəkil tutmağa icazə verir.

Pakistan hökuməti 2014-cü ildə Peşəvərdəki məktəbə edilən hücumda əksəriyyəti şagird olmaqla 150-dən çox insanın ölməsindən sonra ölüm hökmü üzərindəki qadağanı qaldırıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Pakistan   Taliban  





Xəbər lenti