Almaniya Rusiyadan asılıdır? - Berlindən Trampa cavab

Almaniya Rusiyadan asılıdır? - Berlindən Trampa cavab
  28 Sentyabr 2018    Oxunub:3948
"ABŞ-ın ittihamları əsassızdır və Almaniyanın Rusiyadan heç bir asılılığı yoxdur".
AzVision.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas BMT Baş Assambleyasında çıxış edən ABŞ prezidenti Donald Trampın “Şimal axını-2” qaz boru kəməri layihəsilə bağlı Berlinin ünvanına səsləndirdiyi ittihamlara cavab olaraq deyib.

“ABŞ prezidenti Donald Trampın irəli sürdüyü arqument və faktlar heç də həqiqətə uyğun deyil. Almaniyanın Rusiyadan heç bir asılılığı yoxdur, ən çox da elə (Trampın vurğuladığı) enerji məsələlərində”, – deyə Maas bəyan edib. O, həmçinin vurğulayıb ki, Almaniya hökuməti “Şimal axını-2”yə siyasi yox, iqtisadi layihə kimi baxır.

Qeyd edək ki, BMT tribunasındakı çıxışında Tramp növbəti dəfə Almaniyanı Rusiya enerji resurslarından tam asılılıqda ittiham edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Almaniya   Rusiya   “Şimalaxını-2”  





Xəbər lenti