İsrail Colan təpəsindəki keçid məntəqəsini açmağa hazırdır

İsrail Colan təpəsindəki keçid məntəqəsini açmağa hazırdır
  27 Sentyabr 2018    Oxunub:3853
İsrail Colan təpələrinin Suriyanın nəzarəti altında olan hissəsinə getmək üçün buradakı sərhəd-keçid məntəqəsini yenidən açmağa hazırdır.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman Kuneytra sərhəd-keçid məntəqəsinin İsrail tərəfindən nəzarət olunan hissəsinə baş çəkərkən deyib.

Onun sözlərinə görə, Suriya hökumətinin üsyançılar üzərində qələbə çalaraq ölkənin cənub-qərbinə nəzarəti ələ keçirməsi həmin bölgədə sabitlik yaratdığından, İsrail Colan təpələrindəki keçid məntəqəsini aça bilər.

“Bizim burada “Alfa Qapısı”na gəlməyimiz və İsrail hərbçilərinin köməyilə BMT-nin ayrılma xəttini müşahidə edən qüvvələrinin (UNDOF) burada əməliyyat və nəzarəta başlaması faktı onu göstərir ki, biz Colan təpələrindəki keçid məntəqəsinin yenidən açılmasına hazırıq. Lakin məntəqədə hərbi əməliyyatların istənilən növ bərpası Suriyanın davranışlarından asılıdır” – deyə, Liberman vurğulayaraq, Dəməşqə xəbərdarlıq edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   Colantəpələri   İsrail  





Xəbər lenti