ABŞ "S-300"lərə qarşı İsrailə zəmanət verib

ABŞ "S-300"lərə qarşı İsrailə zəmanət verib
  27 Sentyabr 2018    Oxunub:4975
İsrail İranın Suriyadakı hərbi iştirakını möhkəmləndirməsinə qarşı fəaliyyətini davam etdirəcək və Rusiyanın Suriyaya verəcəyi “S-300” raketdən müdafiə sistemləri İsraili bu addımından döndərə bilməyəcək.
AzVision.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.

Suriyaya “S-300”lərin verilməsi məsələsini ABŞ-la müzakirə etdiyini deyən Netanyahu hadisələrin istənilən inkişafı üzrə Vaşinqtondan zəmanət aldığını bildirib.

“”S-300”lərin Suriya ordusunun ixtiyarına verilməsi baş verən son proseslər kontekstində İsrailin təhlükəsizliyi üçün çox ciddi məsələlərdir. İsrailin öz istədiyi kimi Suriyaya qarşı sərbəst hərbi əməliyyatlar aparmasına və Rusiyanın tədarükünün bunu təhdid etməsinə icazə verilməyəcəyinə dair prezident Trampdan çoxsaylı zəmanətlər almışam”, – deyə Netanyahu vurğulayıb. Lakin o, həmin zəmanətlərin konkret nədən ibarət olduğuna aydınlıq gətirməyib.

Israilin baş naziri əlavə edib ki, Aralıq dənizi üzərində Rusiyaya məxsus İl-20 təyyarəsinin vurulması daha ciddi nəticələrə səbəb ola bilərdi. Odur ki, Suriyada koordinasiya üzrə Moskva ilə dialoqu davam etdirəcəklər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   Rusiya   ABŞ   İsrail  





Xəbər lenti