Gizli səs yazısı yayılan erməni məmurlar dindirildi

Gizli səs yazısı yayılan erməni məmurlar dindirildi
  27 Sentyabr 2018    Oxunub:3390
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Xidməti rəhbəri Sasun Xaçatryanın gizli səs yazısının yayılması ilə əlaqədar açılan cinayət işi çərçivəsində hər iki məmur istintaqa cəlb edilərək ifadələri alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Komitəsi rəhbərinin məsləhətçisi Sona Truzyan bildirib.

O, istintaq prosesinin məxfiliyi ilə əlaqədar dindirilmə zamanı Vanetsyan və Xaçatryanın aralarındakı telefon söhbətindəki ifadələrilə bağlı irəli sürdükləri arqumentləri açıqlamaqdan imtina edib.

Xatırladaq ki, məlum səs yazısında Vanetsyanla Xaçatryan ölkənin keçmiş prezidenti Robert Koçaryan və KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində açılan cinayət işindən danışıblar. Telefon söhbətində Rusiyanın narazılığını nəzərə alaraq Xaçaturovun əvəzinə günahı sabiq müdafiə naziri Seyran Ohanyanın üzərinə atmağı planlaşdırıblar.

Gizli səs yazısının yayılması ilə əlaqədar Baş Prokurorluqda cinayət işi açılıb, Ermənistanın Xüsusi İstintaq Komitəsi isə istintaq aparır.

Leyla Elbrusqızı
AzVision.az







Teqlər: Ermənistan   İstintaq  





Xəbər lenti