Astarada bir neçə kənd su altında qaldı

Astarada bir neçə kənd su altında qaldı
  25 Oktyabr 2013    Oxunub:1915
Cənub bölgəsində leysan yağışları ciddi fəsadlar törədib.
AzVision.az Gün.Az - a istinadən xəbər verir ki,ötən gün axşam saatlarından başlayan leysan yağışları Lənkəran və Astara rayonlarında bir sıra fəsadlara yol açıb.

Fərdi təsərrüfatlara ziyan dəyib, elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Astarada isə bir neçə kənd su altında qalıb.

Cəmi bir neçə saat ərzində yağan güclü yağış Astaranın bir neçə kəndini sözün əsl mənasında suya qərq edib.Nəticədə rayonun Ərçivan, Artupa və digər kəndlərində 10-larla yaşayış evi həmçinin həyətyanı sahələr su altında qalıb.

Kənd əhalisinin mal qarası, toyuq-cücəsi tələf olub. Quru ot bağlamaları yararsız hala gəlib.Həyətlərə dolan su fərdi təsərrüfata və çiy kərpicdən olan tikililərə ciddi ziyan vurub. Kənd sakinləri hər dəfə güclü yağış yağanda bu cür hallarla rastlaşdıqarını, təsərrüfat işləri ilə bağlı yayda susuzluqdan, qışda isə hər şeyi yuyub aparan seldən böyük əziyyət çəkdiklərini, zəhmətlərinin hədər getdiyini bildirdilər. Bunun başlıca səbəbi kimi rayonda kanalizasiya sisteminin bərbad halda olmasını göstərdilər. Hazırda əraziyə texnikalar cəlb olunub. Cəlb olunan texnikalar vasitəsi ilə selin fəsadları aradan qaldırılır. Güclü yağışlar Astara ilə yanaşı Lənkəranda da bir neçə təsərrüfata ciddi ziyan vurub, enerji verilişində fasilələr yaranıb. Lənkəran Regional Hidrometeorologoya Müəssisəsindən bölgədə yağmurlu hava şəraitinin bir neçə gün davam edəcəyi bildirilib.


Teqlər:





Xəbər lenti