Putin Netanyahu ilə telefonla danışıb

Putin Netanyahu ilə telefonla danışıb
  25 Sentyabr 2018    Oxunub:2876
Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Benyamin Netanyahu arasında yenidən telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı Netanyahunun təşəbbüsü ilə baş tutub.

Liderlər söhbət zamanı Rusiyaya məxsus “İl-20” tipli təyyarənin vurulmasını müzakirə ediblər. Putin buna görə İsraili ittiham edib. Bildirib ki, təyyarənin vurulmasına İsrail Hərbi Hava Qüvvələrinin atdığı addımlar səbəb olub.

Putin, həmçinin qeyd edib ki, rusiyanın Suriya Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını artırmaq üçün gördüyü tədbirlər yaranan vəziyyətə adekvatdır.

AzVision.az


Teqlər: Putin   Netanyahu  





Xəbər lenti