Polo üzrə millimiz 3-cü ardıcıl qələbəsini qazanıb – FOTOLAR

Polo üzrə millimiz 3-cü ardıcıl qələbəsini qazanıb – FOTOLAR
  24 Sentyabr 2018    Oxunub:6839
İtaliyanın Siyene şəhərində davam edən Polo üzrə Avropa Çempionatında bu gün 3-cü turun oyunları keçirilib.
Dövlət Sərhəd Xidmətindən AzVision.az-a verilən xəbərə görə, Slovakiya komandası ilə qarşılaşan Azərbaycan milli komandası növbəti uğura imza atmış və qələbə seriyasını davam etdirib. Milli yığmamız rəqiblərini 11:7 hesabı ilə məğlub edərək yarışın favoritləri sırasında əsaslı olaraq yer tutmalarını bir daha nümayiş etdiriblər.



Slovakiya yığmasını məyus edərək milli yığmamızı turnirin finalının astanasına yüksəldən idmançılarımızın arasında Tərlan Qurbanəliyev və Əli Rzayev xüsusilə faydalı oyun göstəriblər.



Polo üzrə Avropa Çempionatının 28 sentyabr tarixində baş tutacaq 4-cü turunda milli yığmamız hazırki Avropa çempionu İrlandiya komandası ilə qarşılaşacaqdır.






AzVision.az



Teqlər: DSx   Polo  





Xəbər lenti