İrandakı terrora görə bir neçə nəfər saxlanılıb

İrandakı terrora görə bir neçə nəfər saxlanılıb
  24 Sentyabr 2018    Oxunub:2235
İranın Əhvaz şəhərində keçirilən hərbi parad zamanı törədilən teraktla əlaqəsi olduğu ehtimal edilən bir neçə şübhəli saxlanılıb.
AzVision.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın informasiya naziri Mahmud Ələvi bildirib.

Qeyd edək ki, 22 sentyabr səhəri Əhvaz şəhərində keçirilən hərbi parad zamanı terrorçuların mərasim iştirakçılarını atəşə tutması nəticəsində 28 nəfər həlak olub, 60 nəfər isə yaralanıb. Hücumun məsuliyyətini Səudiyyə Ərəbistanı ilə sıx əlaqələrə malik “Əl Əhvaziyə” terror təşkilatı üzərinə götürüb.

İranın xarici işlər naziri Məhəmməd cavad Zərif terakta görə bütün məsuliyyəti terrorizmin regional sponsorları və ABŞ-ın üzərinə atıb.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: İran   Səudiyyə   ABŞ  





Xəbər lenti