"Qarabağ" "Qəbələ"yə qalib gəldi - 5 qolluq oyun

"Qarabağ" "Qəbələ"yə qalib gəldi - 5 qolluq oyun
  24 Sentyabr 2018    Oxunub:6456
Bu gün Topaz Premyer Liqada V tura yekun vurulub.
AzVision.az xəbər verir ki, turun mərkəzi görüşündə son çempion "Qarabağ" "Qəbələ" klubu ilə qarşılaşıb.

Matçı Əliyar Ağayev idarə edib. Oyunda rəqibindən üstün olan Ağdam təmsilçiləri "Qəbələ"ni 4:1 hesabı ilə məğlub etməklə növbəti qələbəyə seviniblər.

Qeyd edək ki, "Qarabağ" klubu bu qələbə ilə xalını 10-a çatdıraraq 2-ci pilləyə yüksəlib.

AzVision.az


Teqlər: Qarabağ   Qəbələ  





Xəbər lenti