Futzal yığmamız Qazaxıstana uduzdu

Futzal yığmamız Qazaxıstana uduzdu
  23 Sentyabr 2018    Oxunub:5647
Bu gün futzal üzrə Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
AzVision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandamız Bakı İdman Sarayında Qazaxıstan seçməsini qəbul edib.

Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Xətai Bağırov fərqlənib. Qonaqların qollarını isə B. Orazov, Ç. Esenamanov və İgita vurub.

AzVision.az



Teqlər: Futzal  





Xəbər lenti