Ruhani Trampla görüşməyi xahiş etməyib – Tehran təkzib etdi

Ruhani Trampla görüşməyi xahiş etməyib – Tehran təkzib etdi
  21 Sentyabr 2018    Oxunub:2641
Rəsmi Tehran BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində İran prezidenti Həsən Ruhani ilə ABŞ prezidenti Donald Trampın görüşünün təşkil edilməsi üçün Ağ Evə müraciət etməyib.
AzVision.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi açıqlama verərək, Vaşinqtonun öncəki bəyanatını təkzib edib.

“Bir daha vurğulayıram ki, İran tərəfi cənab Trampla görüş üçün heç vaxt müraciət etməyib.” - deyə, İran XİN-in rəsmisi bəyan edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Tehranın Ruhani və Tramp görüşünün təşkilini istədiyini bildirmişdi.

Leyla Elbrusqızı
AzVision.az





Teqlər: İran   ABŞ   BMT  





Xəbər lenti