Viktoriya gölündə faciə - Ölü sayı 86-ya çatıb

Viktoriya gölündə faciə - Ölü sayı 86-ya çatıb
  21 Sentyabr 2018    Oxunub:3835
Tanzaniyada Viktoriya gölündə sərnişin bərə gəmisinin aşması nəticəsində ölən insanların sayı 86-ya çatıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli “Citizen” qəzeti region komissarı Con Monqellaya istinadən məlumat yayıb.

Qeyd olunur ki, 44 cəsəd gəmi aşandan dərhal sonra, 42-si isə bu gün səhər saatlarında axtarış-xilasetmə əməliyyatları bərpa edildikdən sonra aşkarlanıb.

Xatırladaq ki, ötən gün Viktoriya gölündəki bərə gəmisi Yukora adası yaxınlığında aşıb. “France-Presse” bildirib ki, gəminin göyərtəsində 200 nəfər olub, bu da onun tutum imkanlarından 2 dəfə çoxdur. Yerli məmurlar isə gəmidəki sərnişinlərin 400-dən çox olduğunu deyiblər. Həmçinin, gəmidə digər yüklər – qarğıdalı torbaları, banan və sement də daşınıb ki, nəticədə ağırlığa dözməyən gəmi çevrilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Tanzaniya   Viktoriya  





Xəbər lenti