Qurban Qurbanov: "Futbolçularımdan razıyam"

Qurban Qurbanov: "Futbolçularımdan razıyam"
  21 Sentyabr 2018    Oxunub:5347
"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Öz oyunumuza gəlincə, narazı qaldığım məqam yoxdur".
AzVision.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə “Sportinq”ə səfərdə 0:2 hesabıyla uduzduqları oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

"Futbolçularım pis təsir bağışlamadılar, hər şey düşündüyümüz kimi gedirdi. Sadəcə, iki kobud səhv etdik və qollar buraxdıq. Futbolçularımdan razıyam. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik” -, deyə Q.Qurbanov vurğulayıb.

AzVision.az


Teqlər: Futbol   Qarabağ  





Xəbər lenti