Gürcüstanda 19 nəfər prezidentliyə namizəd oldu

Gürcüstanda 19 nəfər prezidentliyə namizəd oldu
  21 Sentyabr 2018    Oxunub:3135
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçiriləcək prezident seçkilərində iştirak etmək istəyən 46 nəfərdən 19-nun namizədliyini qeydə alıb.
Seçkilərə start verildikdən sonra 20 siyasi partiya və 26 təşəbbüs qrupu prezidentliyə namizədini irəli sürüb. Lakin 1 siyasi partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədiyi, 1 təşəbbüs qrupu seçki sənədlərində səhvə yol verdiyi üçün MSK onların namizədliyini qeydə almaqdan imtina edib.

Daha 19 təşəbbüs qrupu namizədlərinin təsdiq olunması üçün lazım olan imzaları MSK-ya vaxtında təqdim edə bilmədiyi üçün onların da namizədləri qeydə alınmayacaq.

Bundan başqa, müstəqil namizəd, tanınmış rejissor Georgi Şenqelaya da öz namizədliyini geri götürüb.

Qeyd edək ki, MSK-da namizədlərin qeydə alınması prosesi sentyabrın 28-də başa çatacaq. (AzərTAc)

AzVision.az


Teqlər:





Xəbər lenti