Polo yığmamız Avropa çempionatına qələbə ilə başladı

Polo yığmamız Avropa çempionatına qələbə ilə başladı
  20 Sentyabr 2018    Oxunub:5525
Bu gün İtaliyanın Siyene şəhərində start götürmüş Polo üzrə Avropa Çempionatının ilk oyununda Niderland komandası ilə qarşılaşan Azərbaycan yığma komandası rəqibini 7:3 hesabı ilə darmadağın edib.
AzVision.az xəbər verir ki, Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə, İrlandiya, İtaliya kimi təcrübəli komandalar ilə bərabər Avropa qitəsinin ən mötəbər polo yarışına ilk dəfə qatılmış yığ-mamızın tərkibində Əli Rzayev, Elçin Camallı, Fabian Bolanterio, Agustin Kronhaus daha çox fərqləniblər.



Azərbaycan yığma komandasının baş məşqçisi Namiq Orucov turnirə böyük hesablı qələbə ilə başlayan komandamızın oyunundan razı qalmasını bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi ali diqqət va qayğı nəticəsində ölkəmizdə polo idman növünün son illərdə xüsusilə böyük sürətlə inkişaf etməsini vurğulayan Namiq Orucov Niderland kimi təcrübəli rəqib üzərində qələbənin əldə olunmasında çempionata ideal hazırlaşma şəraitinin yaradılmasının ciddi əhəmiyyətini qeyd etmiş və buna görə Azərbaycan Respublikasının Atçılıq Federasiyasına minnətdarlığını ifadə edib.



Xatırladaq ki, Beynəlxalq Polo Federasiyası və İtaliyanın Atçılıq İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən Polo üzrə Avropa Çempionatı 30 sentyabr 2018-ci il tarixədək davam edəcəkdir. Yarış təqviminə uyğun olaraq Azərbaycan yığma komandası 22 sentyabr tarixində Fransa, 26 sentyabr tarixində Slovakiya, 28 sentyabr tarixində İrlandiya yığmaları ilə görüşə-cəkdir. Keçiriləcək 4 oyunun nəticəsinə əsasən ən çox xal toplayan komanda finalda digər qrupun qalibi ilə qarşılaşacaqdır.


AzVision.az





Teqlər: DSX   Polo  





Xəbər lenti