Braziliya vətəndaşı Ermənistanda itkin düşüb

Braziliya vətəndaşı Ermənistanda itkin düşüb
  20 Sentyabr 2018    Oxunub:2085
Braziliya vətəndaşı Ermənistanın Kotayk vilayətinin Sevaberd kəndində itkin düşüb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, əcnəbi vətəndaşın Aknalic istiqamətində dağlıq ərazidə itdiyi bildirilir.
Kimliyi hələlik məlum olmayan şəxsin axtarışlarına xüsusi xilasetmə briqadaları cəlb olunub. Axtarışlarla bağlı əlavə məlumatın veriləcəyi açıqlanıb.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Braziliya   Ermənistan  





Xəbər lenti