"Qarabağı tanıtmaq üçün əlimizdə böyük şans var" - Qurban Qurbanov
AzVision.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Sportinq"lə səfər oyunu öncəsi mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, belə turnirlərdə iştirak etmək ölkəmizin tanınması üçün böyük addımdır.
"10 ildir ki, bu komandadayam. Bu günə kimi məsuliyyətli olmağa çalışmışam. Qarabağ adını, nələr ifadə etdiyini, bu bölgənin başına nələr gəldiyini dərk etmək lazımdır. Belə turnirlərdə iştirak etmək ölkəmizin tanınması üçün böyük addımdır. Klub çalışmalıdır ki, daim stabil çıxış etsin. Məmnunam ki, bu klubdayam. Bu adın Azərbaycana aid olduğunu tanıtmaq üçün əlimizdə böyük şans var. Bundan yararlanmağa çalışırıq. Bir neçə ölkədə olmuşuq. Bundan sonra daha çox məlumatlı olublar, biliblər ki, Qarabağ Azərbaycanın bölgəsidir", - Q.Qurbanov deyib.
AzVision.az
Teqlər: Qarabağ Qurban-Qurbanov