Xaçmazda dəhşətli yol qəzası: ölən və yaralananlar var

Xaçmazda dəhşətli yol qəzası: ölən və yaralananlar var
  24 Oktyabr 2013    Oxunub:1068
Oktyabrın 23-də axşam saatlarında Xaçmaz rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az APA- ya istinadən xəbər verir ki, qəza Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qaraçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

KamAZ markalı yük maşını traktora toqquşub, traktor isə “Moskviç” markalı avtomobilə dəyib. Qəza nəticəsində iki nəfər ölüb, 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlar -1966-cı il təvəllüdlü Quliyev Yaqub Əlif oğlu və 1989-cu il təvəllüdlü Muradov Alı Hüseyn oğlunun vəziyyəti orta ağırdır.

Hələlik qəzada ölənlərin adlarını dəqiqləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti