Bakıda üç avtomobil qəza yerindən qaçıb

Bakıda üç avtomobil qəza yerindən qaçıb
  24 Oktyabr 2013    Oxunub:1053
Qəza törədib qaçan naməlum avtomobillərin sürücülərinin məsuliyyətə cəlb olunması üçün əməliyyat-axtarış tədbirləri görülür.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Yasamal rayonunun ərazisində naməlum avtomaşınla Bakı şəhər sakini Təranə Əlizadə vurulub. Xəsarət almış T.Əlizadəyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Xətai rayonunun ərazisində də naməlum avtomobillə paytaxt sakini Seyid Qasımov vurulmuşdur. S.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Binəqədi rayonunun ərazisində isə naməlum avtomobil Bakı şəhər sakini Nicat Mustafayevi vurmuşdur. N.Mustafayev xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hadisələrlə bağlı cinayət işi açılıb, naməlum avtomobillərin sürücülərinin tapılaraq məsuliyyətə cəlb olunması üçün əməliyyat-axtarış tədbirləri görülür.


Teqlər:





Xəbər lenti