Türkiyənin Rusiyadakı səfiri dəyişdirildi

Türkiyənin Rusiyadakı səfiri dəyişdirildi
  13 Sentyabr 2018    Oxunub:2731
Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyaya yeni səfir təyin edib.
AzVision.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, 2016-cı ildən Türkiyənin Rusiyadakı səfiri vəzifəsində çalışan Hüseyn Diriözü XİN-in konsulluq xidmətinin rəhbəri Mehmet Samsar əvəzləyəcək. Samsar XİN-dəki işindən əlavə, əvvəllər Türkiyənin Ukraynadakı səfiri kimi də çalışıb.

Eyni zamanda, Türkiyənin İspaniya, Braziliya, Avstriyadakı səfirləri və Avropa Şurası ilə Avropa İttifaqındakı daimi nümayəndələri də dəyişdirilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər:





Xəbər lenti