“Paşinyan bolşevikdir” - Koçaryan gizli səs yazısından danışdı
"Bu səbəbdən də, guya onların korrupsiya ilə “qəhrəmancasına” mübarizə aparmalarına mane olmaq üçün bu səs yazısının üzə çıxarıldığını iddia etmək sadəcə absurddur”.
Sabiq prezidentin fikrincə, Paşinyanın və səs yazısındakı şəxslərin sözlərindən aydın olur ki, saxta yollarla onu həbs edə və siyasi meydandan uzaqlaşdıra bilməyəcəklərini başa düşən Ermənistan rəhbərliyi yeni metoda əl ataraq, Koçaryanın ailəsini pulların yuyulmasında ittiham edirlər. Bu mənada Koçaryan, ona qarşı yeni siyasi təqibin başladığını bəyan edib.
Xalqa müraciət edən sabiq prezident Ermənistanın diletantların idarə etdiyi və siyasi repressiyaların həyata keçirildiyi ölkəyə çevrilməsinə yol verməməyə çağırıb. Bu mənada, Koçaryana görə Nikol Paşinyan saxta ittihamlarla öz rəqiblərini və onunla eyni fikri bölüşməyənləri aradan götürən bolşevikdir.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ermənistan