Ziyarətdən qayıdanlar qəzaya düşdü - 45 ölü

Ziyarətdən qayıdanlar qəzaya düşdü - 45 ölü
  11 Sentyabr 2018    Oxunub:2000
Hindistanın cənubundakı Telanqana əyalətində səyahətə çıxan sərnişin avtobusu qəza törədərək dərəyə düşüb. Nəticədə 45 nəfər ölüb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, avtobus Hindistanda məşhur “Anjaneya Swamy” məbədini ziyarətdən qayıdarkən qəzaya düşüb.

İlkin ehtimallara görə, sürücü sükan arxasında idarəni itirib və avtobus yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb. Hazırda hadis yerinə polis və təcili tibbi yardım cəlb olunub.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: Hindistan  





Xəbər lenti