ABŞ fosforlu bombalarla Suriyaya zərbələr endirib

ABŞ fosforlu bombalarla Suriyaya zərbələr endirib
  10 Sentyabr 2018    Oxunub:1689
ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus “F-15” qırıcı təyyarələri fosforlu bombalarla Suriyanın Deyr-əz-Zor əyalətinə zərbələr endirib.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə rusiyalı general-leytenant Vladimir Savçenko bildirib.
Onun sözlərinə görə, zərbələr Hacin yaşayış məntəqəsinə endirilib, nəticədə güclü yanğın baş verib. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Xatırladaq ki, bu silahların tətbiqi 1949-cu il tarixli Cenevrə konvensiyasına əlavə protokol ilə qadağan edilib.

AzVision.az


Teqlər: ABŞ   Suriya   Bomba  





Xəbər lenti