Mariya Stadnik Polşada çempion oldu

Mariya Stadnik Polşada çempion oldu
  09 Sentyabr 2018    Oxunub:7460
Polşanın paytaxtı Varşavada “Qran-pri” seriyasından olan “Poland Open” turniri başa çatıb.
Azərbaycan Güləş Federasiyasından AzVision.az-a verilən məlumata görə, yarışda ölkəmizi təmsil edən qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik (50 kq) həlledici görüşdə ötən il Avropa çempionatının finalında məğlub etdiyi (10:0) Ukrayna idmançısı İlyona Semkivlə qarşılaşıb. Finaladək bütün görüşlərində asan qələbə qazanan M.Stadnik sonuncu qarşılaşmada da rəqibinə qalib gəlib - 13:2. Beləliklə, Mariya daha bir yarışın çempionu olub.

AzVision.az


Teqlər: Mariya-Stadnik   Çempion  





Xəbər lenti