Cəbhə xəttində erməni hücumunun qarşısı alınıb

Cəbhə xəttində erməni hücumunun qarşısı alınıb
  23 Oktyabr 2013    Oxunub:1106
Cəbhə xəttində ermənilərin növbəti təxribatının qarşısı alınıb.
AzVision.az APA- ya istinadən xəbər verir ki, Azərbaycan hərbçiləri bu gün günorta saatlarında ermənilərin növbəti təxribatının qarşısını alıb. Həmin vaxt Tovuz rayonu istiqamətində cəbhə xəttində erməni hərbçilərini daşıyan nəqliyyat vasitəsi sərrast atəşlə vurulub.

Bir neçə saat əvvəl Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Məlumatda bildirilib ki, Berd-İcevan yolunun Paravakar sahəsində baş vermiş hadisə zamanı əsgər Qarik Artakoviç Poqosyanın (Vanadzor hərbi komissarlığından- 1994-cü il təvəllüdlü) öldüyü, əsgər Artur Seroboviç Andranikyan (Vayk komissarlığı, 1994-cü il təvəllüdlü), Araik Norikoviç Jamqaryan (Masis, 1994) və Martin Vaqramoviç Petrosyanın (Masis, 1994) güllə yaraları aldıqları bildirilib.


Teqlər:





Xəbər lenti