Yenə prezident seçiləcəm, rəqibim yoxdur! – Tramp

Yenə prezident seçiləcəm, rəqibim yoxdur! – Tramp
  06 Sentyabr 2018    Oxunub:2563
ABŞ prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək növbəti prezident seçkilərində yenidən qələbə çalacağını bəyan edib. AzVision.az xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində deyib. O bildirib ki, növbəti prezident seçkilərində də qalib gələcəyinə əmindir, çünki rəqibi yoxdur.
“Məni 2020-ci ildə məğlub etmək üçün heç kəsin şansı yoxdur. Səbəb isə, bizim gördüyümüz işlərdir – biz hətta hamının təsəvvür edə biləcəyindən daha çox iş gördük.” – deyə, Tramp vurğulayıb.

Qeyd olunur ki, Tramp bu açıqlamanı Ağ Evdəki anonim mənbənin “The New York Times” jurnalında onun haqqında qalmaqallı məqalə yazmasından sonra etməsi təsadüfi deyil. Məqalədə bildirilir ki, ABŞ administrasiyasındakı məmurlar Trampla eyni baxışlara sahib olmadıqlarına görə ABŞ prezidentinə qarşı çıxmağa cəhd edirlər. Bu səbəbdən Ağ Evdə hər zaman gərginlik var və informasiya sızıntısı baş verir. Məqalə ilə tanış olan Tramp deyilənləri təkzib edib və jurnalı məhkəmə ilə hədələyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Seçki   AğEv  





Xəbər lenti