Tramp ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd təklif edib

Tramp ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd təklif edib
  05 Sentyabr 2018    Oxunub:3349
ABŞ prezidenti Donald Tramp ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədini irəli sürüb.
AzVision.az Ağ Evin yaydığı məlumata istinadən xəbər verir ki, namizəd Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə Büroda baş müşavir vəzifəsini tutan Erl Litzenbergerdir.

Qeyd edək ki, Litzenberger Xarici Xidmətdə çalışarkən Almaniyanın Marshall Fondunun aparıcı əməkdaşı, Birləşmiş Ştatların NATO-dakı missiyasının rəhbər müavini olub. Bundan başqa Litzenberger NATO-nun Əfqanıstanda aparıcı mülki təmsilçisinin müavini, ABŞ-ın Serbiyadakı səfirliyində missiya rəhbərinin müavini, Birləşmiş Ştatların Qırğızıstandakı səfirliyində missiya rəhbərinin müavini kimi çalışıb.

Bakalavr təhsilini Middlebury College-də və magistr təhsilini Army War College-də alıb. Fransız, rus, serb və bolqar dillərini bilir. Litzenberger həmçinin Matilda W. Sinclaire Language mükafatı ilə təltif olunanlar sırasındadır.



AzVision.az


Teqlər: ABŞ   səfir   Tramp  





Xəbər lenti