Almaniya xarici işlər naziri Ankaraya gedir

Almaniya xarici işlər naziri Ankaraya gedir
  04 Sentyabr 2018    Oxunub:2709
Almaniya xarici işlər naziri Hayko Maas 5-6 sentyabr tarixlərində Türkiyədə rəsmi səfərdə olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunur ki, səfər zamanı Maas türkiyəli həmkarı Mövlut Çavuşoğlu, Türkiyə prezidenti Rəcəb tayyip Ərdoğan və Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımla görüşlər keçirəcək.

Danışıqların əsas mövzusu Almaniya-Türkiyə ikitərəfli münasibətləri, Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi, həmçinin bir sıra regional və beynəlxalq problemlər olacaq. XİN-in məlumatına əsasən, Maas həmçinin, təsis edilməsinin 150-ci ildönümü münasibətilə Türkiyədəki Alman Litseyinin 2018-2019-cu təhsil illəri üzrə açılış mərasiminə də qatılacaq. Tədbirdə Çavuşoğlu da iştirak edəcək.

Qeyd edək ki, 28-29 sentyabr tarixlərində isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya rəsmi səfər edəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   Almaniya  





Xəbər lenti