Liberman İraqı vurmaqla hədələdi

Liberman İraqı vurmaqla hədələdi
  03 Sentyabr 2018    Oxunub:2954
İsrailin müdafiə naziri Aviqdor Liberman İraqı bu ölkədəki İran obyektlərinə aviazərbələr endirəcəkləri ilə hədələyib.
AzVision.az xəbər verir ki, Liberman bugünkü çıxışında bu barədə bəyanat verib. Suriyada İrana məxsus hərbi obyektləri vurduqlarına diqqət çəkən israilli nazir eyni addımı İraqa qarşı da həyata keçirər biləcəklərini deyib.

“Suriyada baş verən hər şeyi diqqətlə müşahidə edirik. İran hədəfləri məsələsində də özümüzü sadəcə Suriya torpaqları ilə məhdudlaşdırmırıq, Bu da olduqca açıq-aydındır. Haradan gəlməsinə baxmayaraq, İranın istənilən təhdidinə cavab verəcəyik”, – deyə Liberman xəbərdarlıq edib.

Qeyd edək ki, bundan əvvəl “Reuters” Yaxın Şərqdəki maraqlarına qarşı hücumların dəf edilməsi, regiondakı rəqiblərini vurmaq, həmçinin, ABŞ-ın mümkün hücumuna qarşı kənardan müdaxilə planı həyata keçirmək üçün İranın İraqdakı şiə müttəfiqlərinə ballistik raketlər verdiyini, həmçinin 200-700 kilometr məsafə radiusunda zərbə vurmağa qadir olan raketlərin regionda Tehranın əsas düşmənləri olan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və İsrailin paytaxtı Təl-Əvivə təhlükə yaratdığını bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   İraq   İsrail  





Xəbər lenti