Ermənipərəst Con Kerri ABŞ prezidenti olmaq istəyir

Ermənipərəst Con Kerri ABŞ prezidenti olmaq istəyir
  01 Sentyabr 2018    Oxunub:3129
ABŞ-ın keçmiş dövlət katibi Con Kerri 2020-ci il prezident seçkilərində öz namizədliyini irəli sürəcəyini istisna etməyib.

AzVision.az xəbər verir ki, bu barədə Con Kerri CBC telekanalına müsahibəsində deyib.O, bildirib ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp administrasiyasının fəaliyyəti dövründə siyasi proseslərdə aktiv iştirak etmək niyyətindədir.
Növbəti prezident seçkilərində iştirakilə bağlı sualı cavablandırarkən vurğulayıb ki, indidən diqqətini seçkilərə yönəltməyi tezdir, lakin Kerrinin cavabı onun ABŞ prezidentliyinə namizəd olacağını istisna etməyib.

“2020-ci il seçkilərinə barədə danışmaq hələ tezdir. Bu, əlavə vaxt itkisi və diqqətin yayınmasıdır. İndi biz noyabrda Konqresə keçiriləcək aralıq seçkilərə diqqətimizi cəmləşdirməliyik. Mən siyasi cəhətdən aktiv olmağa, bundan sonra da mübarizə aparmağa davam edəcəyəm”, – deyə Kerri bəyan edib.

Qeyd edək ki, ermənipərəst mövqeyilə tanınan Kerri sabiq prezident Barak Obama administrasiyasında 2013-2017-ci illərdə ABŞ-ın dövlət katibi olub. 2004-cü ilin prezident seçkilərində namizəd olsa da, respublikaçı Corc Buşa məğlub olub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Seçki  





Xəbər lenti