Lukaşenko əyyaş məmurları işdən qovdu

Lukaşenko əyyaş məmurları işdən qovdu
  01 Sentyabr 2018    Oxunub:4056
Belarus prezidenti Aleksandr Lukaşenko əyyaşlıq edən məmurları cəzalandırıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Lukaşenko komandasında ciddi dəyişiklik edərək bir neçə naziri, səfir və icra başçısını vəzifələrindən kənarlaşdırıb.
O, tutduğu vəzifənin məsuliyyətini hiss etməyən, əyyaşlıqla məşğul olan, həddən artıq spirtli içki qəbul edərək özlərini apara bilməyən məmurları işdən xaric etdiyini açıqlayıb.

Belarus prezidenti hazırda vəzifə başında olan məmurlara növbəti dəfə xəbərdarlıq edərək, onları xoşagəlməz hallara yol verməməyə çağırıb.

"İşdən kənarlaşdırılan məmurlar özlərini ədəbli, ləyaqətli aparmayıblar", - deyə Lukaşenko kadr islahatlarının davam edəcəyini qeyd edib.

AzVision.az


Teqlər: Lukaşenko  





Xəbər lenti