"Çətin və maraqlı qrupa düşdük" - Qurban Qurbanov

"Çətin və maraqlı qrupa düşdük" - Qurban Qurbanov
  31 Avqust 2018    Oxunub:7682
“Çətin və maraqlı qrupa düşdük. Bir tərəfdən sevindirici haldır ki, “Arsenal” və “Sportinq” kimi böyük tarixləri və Avropa təcrübələri olan klublarla qarşılaşacağıq".
AzVision.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında deyib.

Baş məşqçi bildirib ki, ötən mövsümdə qrupumzdakı rəqiblər də çətin idi və ağır oyunlar keçirdik:

"Ən azından azarkeşlərimiz bu matçlardan həzz aldılar, bəzi oyunlar bizim üçün arzuolunmaz oldu. Hər bir halda, elə böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş oldu. Eləcə də bu mövsümdə azarkeşlərimiz bu komandalarla oyunları səbirsizliklə gözləyəcək, biz də onların etimadını doğrultmağa çalışacağıq. Bu qrupda hər bir oyunumuz çətin olacaq”.

Qeyd edək ki, bu gün Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Azərbaycan çempionu “Qarabağ” E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.

AzVision.az


Teqlər: Qarabağ   Klub   Avroliqa  





Xəbər lenti