"Arsenal" "Qarabağ"a rəqib oldu - Yenilənib

"Arsenal" "Qarabağ"a rəqib oldu - Yenilənib
  31 Avqust 2018    Oxunub:9799
Azərbaycanı UEFA Avropa Liqasıda təmsil edən “Qarabağ”ın qrup mərhələsindəki rəqibləri məlum olub.

AzVision.az xəbər verir ki, bu gün Monakoda Avroliqanın püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə, “Qarabağ” E qrupunda "Arsenal" (İngiltərə), "Sportinq" (Portuqaliya) "Vorskla" (Ukrayna) komandaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, qrup mərhələsinin oyunları sentyabrın 20-də başlayacaq, dekabr 13-də başa çatacaq.

Xatırladaq ki, Avroliqanın finalı 29 may 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Avroliqa   Qarabağ  





Xəbər lenti