Rusiya XİN Merkelin Qarabağ bəyanatını şərh etdi

Rusiya XİN Merkelin Qarabağ bəyanatını şərh etdi
  30 Avqust 2018    Oxunub:3088
Angela Merkelin Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatı mövcud nizamlanma formatı çərçivəsində nəzərdən keçirilməlidir.
AzVision.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə regiona səfəri zamanı Almaniya kansleri Angela Merkelin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına töhfə verməyə və Berlinin bu məsələdə məsuliyyəti öz üzərinə götürməyə hazır olduğuna dair bəyanatını şərh edərkən deyib. Bildirib ki, Almaniyanın vasitəçi kimi iştirakına münaqişənin həllinə cəlb olunan dövlətlər özləri qərar verməlidirlər.

"Düşünürəm ki, bu məsələdə birbaşa şəkildə münaqişənin nizamlanmasına cəlb olunan ölkələr qərar verməlidirlər. Və bu məsələ nizamlanma üzrə mövcud formatların işinin effektivliyinin dərk olunması yolu ilə həll edilməlidir. Merkelin bəyanatına da bu faktorların məcmusu çərçivəsində baxılmalıdır", - deyə Zaxarova vurğulayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   XİN   Merkel   Qarabağ  





Xəbər lenti