Ruhani Trampın nədən “ilhamlandığını” açıqladı

Ruhani Trampın nədən “ilhamlandığını” açıqladı
  28 Avqust 2018    Oxunub:2369
İran prezidenti Həsən Ruhani Amerikalı həmkarı Donald Trampın İranın nüvə proqramına dair Hərtərəfli müştərək fəaliyyət planından çıxmaq qərarını verməsində nədən ilhamlandığını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Ruhani bu gün iranlı deputatların ölkədəki iqtisadi problemlərlə bağlı suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, məhz ötən ilin sonunda İranda baş verən etiraz aksiyaları Trampı belə bir adım atmağa həvəsləndirdi.

“Dekabr-yanvar aylarındakı hadisələr Trampı “Əgər Avropa və digər ölkələr regionla və raketlər məsələsilə bağlı məni müşayiət etməsələr, onda mən birtərəfli qaydada nüvə sazişindən çıxacam.” bəyanatını verməyə ilhamlandırdı.” – deyə, Ruhani bildirib.

Qeyd edək ki, ötən ilin 28 dekabrından İranın Tehran, Məşhəd, İsfahan, Rəşt və digər iri şəhərlərində sosial-iqtisadi xarakterli kütləvi etiraz aksiyalar keçirilmiş, polislə vətəndaşlar arasında qarşıdurma yaşanmışdı. O zaman Ruhani etirazları ölkədaxili və xarici səbəblərlə əlaqələndirmişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti