Ərdoğanın "qızıl" heykəli təhqir olundu

Ərdoğanın "qızıl" heykəli təhqir olundu
  28 Avqust 2018    Oxunub:3619
Almaniyanın Gessen federal torpağının Visbasden şəhərində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “qızıl” heykəli qoyulub.
AzVision.az bildirir ki, bu barədə “t-online” xəbər portalı məlumat verib. Qeyd olunur ki, Ərdoğanın 4 metr hündürlüyündəki “qızıl” heykəli incəsənət üzərindən təxribatlarla məşhur olan “Wiesbaden Biennale” festivalı çərçivəsində şəhərin mərkəzindəki meydana yerləşdirilib.

Festivalda əlində Türkiyə bayrağı olan insanlar Ərdoğanın heykəli ilə şəkil çəkdiriblər. Lakin Ərdoğana sevgi bəsləməyənlər və onun əleyhdarları heykəlin üzərində nalayiq sözlər yazıb və şəkillər cızıblar. Alman polisi baş verənlərdən xəbərdar olduqlarını və gün ərzində hadisələrin necə inkişaf edəcəyini izlədiklərini bildirsə də, “diktator” şüarları səsləndirən insanların təzyiqi ilə daha sonra heykəl meydandan götürülüb.

O da maraqlıdır ki, Ərdoğanın “qızıl” heykəli Visbasdendə 23 avqustdan 2 sentyabradək davam edəcək “Pis xəbərlər” mövzusundakı festival çərçivəsində nümayiş etdirilib. “Wiesbaden Biennale” festivalının tərtibatçıları bu addımlarının səbəbini hələ ki izah etməyiblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Almaniya   Türkiyə  





Xəbər lenti