Ərdoğan Meylə Suriyanı müzakirə edib

Ərdoğan Meylə Suriyanı müzakirə edib
  28 Avqust 2018    Oxunub:2170
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub.
Dövlət rəhbərləri telefon söhbətində iki ölkə arasında iqtisadi və ticarət əlaqələri müzakirə edib, bu istiqamətdə inkişafın böyük əhəmiyyət daşıdığını bildiriblər.

Ərdoğan və Mey, həmçinin Türkiyənin xəzinədarlıq və maliyyə naziri Berat Albayrakla britaniyalı həmkarı arasında yaxın vaxtlarda baş tutacaq görüşlə bağlı razılığa gəliblər.

Bundan əlavə, onlar Suriyadakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: Ərdoğan   Mey  





Xəbər lenti