350 hərbçi “Taliban”ın pusqusuna düşdü - Yenilənib

350 hərbçi “Taliban”ın pusqusuna düşdü - Yenilənib
  27 Avqust 2018    Oxunub:2725
Əfqanıstanın Fəryab əyalətində pusquya düşən əfqan təhlükəsizlik qüvvələrinin əməkdaşları talibançıların hücumunu uğurla dəf ediblər.
AzVision.az xəbər verir ki, bu barədə “1TV” telekanalı Əfqanıstan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Əfqanıstanın Müdafiə Nazirliyi Fəryab əyalətində “Taliban”ın hərbçilərə hücum faktını təsdiqləyib və bəyan edib ki, toqquşma zamanı qarşı tərəfin hücumu dəf edilib və əfqan hərbçilərinin olduğu maşın karvanı artıq təyin olunmuş yerə - Kaysar rayonuna çata bilib.

***
Əfqanıstan təhlükəsizlik qüvvələrinin 350 nəfər əməkdaşından ibarət qrupu Fəryab əyalətinin mərkəzi Meymene şəhərinə yola düşərkən “Taliban” silahlı hərəkatının pusqusuna düşüb. AzVision.az xəbər verir ki, bu barədə Əfqanıstanın “TOLOnews” agentliyi məlumat yayıb. Yerli orqanlar "Taliban"çılarla toqquşmanın davam etdiyini bildiriblər.

Qeyd edək ki, bundan əvvəl “Taliban” qruplaşmasının döyüşçüləri Əfqanıstanın şimal-qərbində yerləşən Fəryab əyalətindəki hərbi bazanı ələ keçirmişdilər. Silahlı toqquşma nəticəsində 17 əfqan hərbçisinin öldürüldüyü bildirilmişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti