Məmmədyarov Karlsenlə heç-heçə etdi

Məmmədyarov Karlsenlə heç-heçə etdi
  27 Avqust 2018    Oxunub:4183
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Sinkfild Kuboku çərçivəsində keçirilən oyunda Norveç təmsilçisi Maqnus Karlsenlə qarşılaşıb.
AzVision.az-ın məlumatına görə, turnirin 8-ci turunda keçirilən bu görüş heç-heçə ilə bitib.

Turnirin digər qarşılaşmalarında da heç-heçə qeydə alınıb. 8 turdan sonra lider Fabiano Karuanadır (5 xal). 2-ci, 3-cü, 4-cü və 5-ci yerlərdə Şəhriyar Məmmədyarov, Aleksandr Qrişyuk, Levon Aronyan və Maqnus Karlsen (4,5 xal) qərarlaşıblar.

Turnirin sonuncu 9-cu turu avqustun 27-də keçiriləcək. Təmsilçimiz hindistanlı Vişvanatan Anandla görüşəcək.

Qeyd edək ki, Sinkfild Kubokunun qalibi 75 min dollar qazanacaq.

AzVision.az


Teqlər: ABŞ   Şahmat   Şəhriyar-Məmmədyarov  





Xəbər lenti