“Qarabağ” - “Neftçi” oyununda heç-heçə

“Qarabağ” - “Neftçi” oyununda heç-heçə
  27 Avqust 2018    Oxunub:5300
Bu gün Topaz Premyer Liqasının üçüncü turuna yekun vurulub.
AzVision.az xəbər verir ki, turun mərkəzi qarşılaşması “Azərsun Arena”da keçirilib.

Son çempion “Qarabağ” flaqman “Neftçi” ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, üç turdan sonra aktivində 7 xal olan “Neftçi” klubu turnir cədvəlinə başçılıq edir. Çempionatın debütantı “Sabah” 6 xalla ikinci pillədədir. Hərəyə dörd xalı olan “Qəbələ”, “Sumqayıt” və Ağdamın “Qarabağ” klubu 4-6-cı yerləri bölüşürlər.

AzVision.az


Teqlər:





Xəbər lenti