İranda yaşayış evləri çöküb – 10 nəfər ölüb

İranda yaşayış evləri çöküb – 10 nəfər ölüb
  25 Avqust 2018    Oxunub:2946
Bu gün səhər saatlarında İranın şimal-şərqindəki Məşhəd şəhərində 3 yaşayış evinin çökməsi nəticəsində 10 nəfər ölüb, 5-i yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə İranın “ISNA” agentliyi yerli yanğınsöndürmə xidmətinin rəis müavini Mehdi Rezaiyə istinadən məlumat yayıb. Rezai bildirb ki, insident nəticəsində xəsarət alan 5 nəfər artıq xəstəxanaya yerləşdirilib.

“Tasnim” agentliyi isə xəbər verib ik, evlərin çökməsinə səbəb su qızdırıcı qazanın partlaması olub. Rezainin sözlərinə görə, partlayış nəticəsində 3 ev tamamilə çöküb, qonşuluqdakı 15 evə isə ciddi ziyan dəyib. Hazırda insidentlə bağlı araşdırma aparılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran  





Xəbər lenti