Məmmədyarov qələbəni əldən verdi

Məmmədyarov qələbəni əldən verdi
  25 Avqust 2018    Oxunub:5375
ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" superturniri davam edir.
AzVision.az xəbər verir ki, Azərbaycanı yarışda təmsil edən Şəhriyar Məmmədyarov VI turda fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşıb.

Partiya heç-heçə başa çatıb.

Altı turdan sonra ABŞ-lı Fabiano Karuana 4 xalla turnir cədvəlində liderliyə yüksəlib. İkinci-beşinci yerləri hərəyə 3,5 xal ilə Qrişuk, Karlsen, Məmmədyarov və Aronyan bölüşür. Altı və yeddinci yerləri hərəyə 3 xal ilə Anand və Vaşye-Laqrav tutur. Növbəti yerlərdə So (2,5 xal) və Nakamura (2) qərarlaşıb, Karyakin isə 1,5 xalla turnir cədvəlinin sonuncusudur.

Şəhriyar Məmmədyarov VII turda Karyakinlə qarşılaşacaq.

Qeyd edək ki, mükafat fondu 300 min dollar olan turnir avqustun 27-dək davam edəcək.

AzVision.az


Teqlər: Şəhriyar-Məmmədyarov  





Xəbər lenti