Azərbaycan yığması İtaliyaya qalib gəlib

Azərbaycan yığması İtaliyaya qalib gəlib
  25 Avqust 2018    Oxunub:5464
Antalyada voleybol üzrə “Gloria Cup” beynəlxalq turniri keçirilir.
Azərbaycan yığması ikinci matçında İtaliya komandası ilə qarşılaşıb. Oyun 3:0 (25:19, 25:22, 25:22) hesabı ilə Azərbaycan millisinin qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, birinci turda yığmamız Türkiyə komandasına 3:0 hesabı ilə uduzub. Rusiya millisi isə İtaliya kollektivindən üstün olub - 3:1.

Millimizin növbəti rəqibi Rusiya voleybolçuları olacaq. Oyun avqustun 25-də keçiriləcək.

AzVision.az


Teqlər: Voleybol   İtaliya  





Xəbər lenti