“Qalatasaray” Qomislə yollarını ayırdı

“Qalatasaray” Qomislə yollarını ayırdı
  24 Avqust 2018    Oxunub:5396
“Qalatasaray” klubu Bafetimbi Qomis ilə yollarını ayırıb.
Fransalı hücumçu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunub. Qomis yeni klubu ilə üç illik müqavilə imzalayıb.

“Əl-Hilal” transferə görə İstanbul klubuna 6 milyon avro ödəyəcək. Futbolçu özü isə ildə 8 milyon avro maaş alacaq.

Qeyd edək ki, Qomis “Qalatarasay”a ötən mövsüm İngiltərənin “Suonsi” klubundan transfer edilib. Ötən mövsüm 29 qol vuraraq Superliqanın bombardiri olub.

AzVision.az


Teqlər: Qalatasaray  





Xəbər lenti