"Taliban" 30-a yaxın girovu azad edib

"Taliban" 30-a yaxın girovu azad edib
  22 Avqust 2018    Oxunub:2835
“Taliban” hərəkatı Qəndəhar əyalətində girov saxladığı 29 şirkət əməkdaşını azad edib.
Məlumata görə, "Taliban" girovları Qurban bayramı ilə əlaqədar azadlığa buraxıb. Bildirilib ki, həmin şəxslər iyun ayında yerli şirkətlərdən birinə hücum zamanı girov götürülüb.

Xatırladaq ki, Əfqanıstan prezidenti Əşrəf Qəni Qurban bayramı ilə bağlı “Taliban”a atəşkəs təklif olunduğunu bildirib.

AzVision.az


Teqlər: Taliban  





Xəbər lenti