Əfqanıstanda prezident sarayına raket atıldı

Əfqanıstanda prezident sarayına raket atıldı
  21 Avqust 2018    Oxunub:2604
Əfqanıstan prezidenti Əşrəf Qaninin Qurban bayramı münasibətilə çıxışı zamanı Kabil şəhərinə raket zərbələri endirilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, raketlər prezident sarayına, səfirliklərin yerləşdiyi hökumət məhəlləsinə istiqamətlənib.

Əfqanıstanın təhlükəsizlik qüvvələri raket zərbələri endirən şəxslərdən ikisini zərərsizləşdirib. Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Hərbi helikopterlər üsyançılara havadan zərbələr endirir, döyüşlər davam edir.

AzVision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti