Türkiyə rəsmiləri Rusiyada danışıqlarda

Türkiyə rəsmiləri Rusiyada danışıqlarda
  17 Avqust 2018    Oxunub:1378
Türkiyənin müdafiə naziri Hulusi Akar və Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan bu gün səhər Moskvaya səfər edərək Rusiya müdafiə naziri Sergey Şoyqu və digər rəsmilərlə görüş keçiriblər.
AzVision.az “Habertürk”ə istinadən xəbər verir ki, görüşdə Türkiyə və Rusiya Müdafiə Nazirlikləri arasındakı əməkdaşlıq məsələləri ilə yanaşı, tərəflər Suriyadakı humanitar vəziyyəti və suriyalı qaçqınların təhlükəsiz şəraitdə öz doğma evlərinə geri dönməsini də müzakirə ediblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   Rusiya  





Xəbər lenti